İnsanlara hürriyət, millətlərə istiqlal!

Gizli anlaşma imzalandı, ciddi narahatlıq başladı - TƏCİLİ

ABŞ-dakı Co Bayden administrasiyasının İsrailə genişmiqyaslı silah satışını təsdiqləməsi xəbərindən sonra iki ölkə arasında imzalanan gizli kəşfiyyat müqaviləsi hazırda Amerika gündəmini zəbt edir.

Musavat.com-un xəbərinə görə, bildirilir ki, ABŞ Konqresinin bir çox üzvləri oktyabrın 7-dən sonra Vaşinqton və Təl-Əviv arasında imzalanan memorandumun İsrailin Qəzzada mülki əhalinin ölümünə və mülki infrastruktura ziyan vurmasına səbəb olan hücumlarını istiqamətləndirmiş ola biləcəyindən narahatdır.

Amerikanın “Wall Street Journal” nəşrinə danışan Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, Demokrat Jason Krou deyib: "Kəşfiyyat məlumatlarının paylaşılması ABŞ dəyərlərinə və milli təhlükəsizlik maraqlarına uyğun gəlmir və mülki itkilərlə bağlı İsrail və HƏMAS tərəfindən açıqlanan rəqəmlərdə olduqca böyük uyğunsuzluqlar var".

Xəbərdə həmçinin bildirilir ki, ABŞ kəşfiyyat xidmətləri hər həftə “Qəzza böhranının potensial yanlış hərəkətlərinin xülasəsi” adlı hesabat hazırlayır və müharibənin hər iki tərəfinin “silahlı qarşıdurma qaydalarına” mümkün xəbərdarlıqları barədə dəlillər toplayır.

WSJ-nin xəbərində o da bildirilir ki, ABŞ kəşfiyyat xidmətləri İsrailə, əsasən, HƏMAS-ın silahlı qolunun liderlərinin yerlərini müəyyən etmək, girovları tapmaq və İsrail sərhədlərinə nəzarət etmək üçün məlumat verir. Məlumata görə, Birləşmiş Ştatlar Qəzza üzərində kəşfiyyat məlumatları toplayan pilotsuz təyyarələrin canlı videolentləri ilə İsrailin təhlükəsizlik agentliklərinə kəşfiyyat məlumatları ötürür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR