Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailə səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin nüfuzlu "Ynet" xəbər portalı məlumat yayıb.
Məlumata görə, səfər ABŞ vətəndaşlığı olan bir girovun yaxın günlərdə azad ediləcəyi gözləntiləri fonunda baş tutub.
Uitkoffun İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü də planlaşdırılıb. Görüşdə regiondakı son vəziyyət və girovun azad olunması üçün görülən diplomatik addımların müzakirə ediləcəyi ehtimal olunur.
Hazırda rəsmi dairələr görüşlə bağlı geniş açıqlama verməyiblər. Girovun hansı şəraitdə saxlanıldığı və azadlığının necə təmin olunacağı barədə də əlavə məlumat yoxdur.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ