Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Kats Qəzza zolağının ələ keçirilməsi planını təsdiqləyib və əməliyyatı “Gideonun arabaları II” adlandırıb.
Musavat.com xəbər verir ki, bu əməliyyat əvvəlki “Gideonun arabaları” əməliyyatının davamı olacaq və icrası üçün ehtiyat qoşunlar səfərbər ediləcək.
Həmçinin, HƏMAS döyüşçülərini təcrid etmək məqsədilə Qəzzadan dinc sakinlərin cənuba köçürülməsi üçün hazırlıq tədbirləri təsdiqlənib.
Planın təsdiqi HƏMAS tərəfindən dəstəklənən təklifin fonunda baş verib. Təklifə görə, 10 girov azad ediləcək və əvəzində iki aylıq atəşkəs təmin olunacaq.
İsrail Müdafiə Nazirliyi Qəzzanı ələ keçirmək üçün 60 000 ehtiyat əsgərin orduya çağırılmasını da əmr edib.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ