İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Qəzzaya 29 milyon avroluq yardım ayırdı – Mers: “Trampın sülh planına dəstək veririk”

Almaniya kansleri Fridrix Mers bəyan edib ki, Berlin Qəzza zolağına 29 milyon avro məbləğində humanitar yardım göstərəcək.

Musavat.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

“Almaniya ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh prosesinə məsuliyyətlə yanaşır. Biz 29 milyon avro həcmində humanitar yardım ayırırıq və Misirlə birgə Qəzzanın bərpasına dair beynəlxalq konfrans keçirməyi planlaşdırırıq,” – deyə Mers qeyd edib.

Kansler həmçinin vurğulayıb ki, Almaniya İsrailin təhlükəsizliyini və iki dövlətin dinc yanaşı yaşamasını dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR