İnsanlara hürriyət, millətlərə istiqlal!

Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi

Zaqatalada intihara cəhd olub.

Hadisə bu gün şəhər ərazisində yerləşən qadın geyimləri mağazalarından birində qeyd alınıb.

Mağazada satıcı işləyən, rayonun Danaçı kənd sakini, 20 yaşlı Hürü Şahmir qızı Xalbayeva intihar etmək məqsədilə siçan əleyhinə dərman içib.

Gənc qız dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, intihara cəhd edən qız məktub da yazıbmış. Məktubun mətni açıqlanmır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR