Onlayn ictimai-siyasi qəzet
İsrailin kəşfiyyat agentliyi Şin Bet İranın mümkün cavab hücumuna qarşı Qüdsdəki yeraltı sığınacağını hazırlayıb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, sığınacaq baş nazir Benyamin Netanyahu və yüksək vəzifəli məmurları İran təhlükəsindən qorumaq üçün istifadə olunacaq.
NTV-nin verdiyi məlumata görə, təxminən 20 il əvvəl tikildiyi bildirilən sığınacaq İran silahlarının zərbələrinə davamlıdır. Sığınacaqdakı komanda və idarəetmə mərkəzi Müdafiə Nazirliyinin Tel-Əvivdəki qərargahına bağlıdır.
Məlumata görə, Milli İdarəetmə Mərkəzi kimi də tanınan bunkerdən İsrailin Qəzzaya hücumu zamanı son 10 ay ərzində heç istifadə olunmayıb.
Hər hansı bir hücum təhlükəsi olarsa, sığınacaqdan Qəzza müharibəsindən sonra ilk dəfə istifadə ediləcəyi bildirilir.
Qeyd olunub ki, 2006-cı ildə İsrail-Livan müharibəsindən sonra hazırlanan sığınacağın dəqiq yeri və ya dərinliyi məlum deyil.
“Times of Israel” qəzetinin yazdığına görə, yüzlərlə insan tutumuna malik olan sığınacaq, lazım gələrsə, mülki vətəndaşların müdafiəsi üçün də istifadə oluna bilər.
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrail və ABŞ mümkün hücumlara qarşı hazır vəziyyətdədir.
Amerika media orqanı "Axios" ABŞ dövlət katibi Entoni Blinkenə istinadən İran və "Hizbullah"ın 24-48 saat ərzində İsrailə hücum edə biləcəyini yazıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ