Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin arsenalında Rusiyaya qarşı "dağıdıcı" təzyiq vasitələri var. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
O bildirib: “Maliyyə baxımından xoşagəlməz şeylər var, onları etmək olar. Maddi cəhətdən nəsə edə bilərəm. Maliyyə baxımından biz Rusiya üçün çox pis, dağıdıcı işlər görə bilərik”.
Eyni zamanda, Tramp Rusiya-Ukrayna münaqişəsinin həllini arzuladığı üçün bu addımları atmaq istəmədiyini vurğulayıb.
D.Tramp əlavə edib ki, o, Rusiya tərəfinin atəşkəs təklifinə dərhal razılıq verməsini gözləyir.
Rusiya Federasiyası Amerika tərəfinin atəşkəs təklifini çox ehtiyatla nəzərdən keçirəcək, lakin Moskva yalnız hərtərəfli sülh razılaşması əldə edildikdə hərbi əməliyyatları dayandıracaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin "Wall Street Journal"-a müsahibəsində bildirib.
"Biz Amerikanın atəşkəs təklifini nəzərdən keçirəcəyik. Hərbi əməliyyatları yalnız tam, hərtərəfli razılaşma əldə etdikdə dayandıracağıq", - diplomat qeyd edib.
Andrey Kelin vurğulayıb ki, Rusiya bu təşəbbüsə “böyük ehtiyatla” yanaşır.
Xatırladaq ki, 30 günlük atəşkəs təklifi Səudiyyə Ərəbistanının Ciddə şəhərində Amerika-Ukrayna danışıqlarında hazırlanıb. Bunun ardınca ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndə heyətinin Vaşinqton və Moskva arasında Ukraynada atəşkəslə bağlı danışıqlarda iştirak etmək üçün artıq Rusiyaya getdiyini açıqlayıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində eks maliyyə naziri Fikrət Yusifovla politoloq Qədir Aslanla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ