Onlayn ictimai-siyasi qəzet
Türkiyə və Azərbaycan ardıcıl şəkildə Ermənistan informasiya məkanında pro-türk və anti-erməni tezislərini yaymaq üzərində işləyirlər. Məqsəd – erməni müqavimətini zəiflətmək və Ermənistanı tamamilə vilayət halına salmaqdır.
Musavat.com erməni medasına istinadən xəbər verir ki, belə bir “orijinal” ideya yerli ekspert Varujan Geqamyandan gəlib.
Geqamyanın fikrincə, bunun üçün müxtəlif metodlardan istifadə olunur.
“Təsvir olunan təbliğatın əsas tezislərindən biri belədir: hər şeydən imtina edin, sonra sərhədləri açacaqlar və yaxşı yaşayacaqsınız. Lakin əslində, Türkiyənin belə bir məqsədi yoxdur — Ermənistan rəhbərliyinin vaxtaşırı açıqlamalarına baxmayaraq. Türkiyənin Ermənistanla sərhədi açmağa ciddi marağı yoxdur. Əksinə, bağlı sərhəd birtərəfli güzəştlər əldə etmək üçün vasitə kimi istifadə olunur və bu, Türkiyəyə daha çox fayda gətirir”,-deyə revanşist ekspet bildirib.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ