İnsanlara hürriyət, millətlərə istiqlal!

General Ukraynanın əks-hücumu ilə bağlı ŞOK detalı açdı

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli Ukraynanın gələcək əks-hücum əməliyyatı üçün əsas gücünün nə olacağını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, amerikalı general bu barədə Fransaya səfəri zamanı jurnalistlərə danışıb.

Mark Millinin sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin əks-hücumunda həlledici atəş gücü tankların üzərinə düşəcək.

"Tanklar həm müdafiə, həm də hücum üçün çox vacibdir. Təkmilləşdirilmiş müasir tanklar, yüksək hazırlıq, onlardan istifadə bacarığı Ukraynanın uğurlarının əsas komponenti olacaq", - deyə Milli bildirib.

Onun fikrincə, əks-hücum başladığı zaman tanklar artilleriya, piyada və digər quru qoşunları ilə birgə fəaliyyət göstərəcək.

ABŞ generalı hava qüvvələrinin də rolunun burada böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

"Hər kəs başa düşür ki, Ukraynanın modernləşdirilmiş hərbi hava qüvvələrinə ehtiyacı var. Belə bir hərbi hava qüvvələrini yaratmaq çox vaxt, səy və pul tələb edəcək", - deyə general bildirib.

Xatırladaq ki, bundan öncə ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Ukrayna əks-hücumu nəticəsində rusları "kəskin oyanış gözlədiyini" söyləmişdi.

Çexiya Baş Qərargahının rəisi Karel Rejka isə Ukraynanın gələcək əks-hücum əməliyyatının döyüş meydanında kəskin dəyişikliyə səbəb olacağına şübhə ilə yanaşıb və hər kəsi uzun sürən müharibəyə hazırlaşmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR