İnsanlara hürriyət, millətlərə istiqlal!

General Mirzəyevi həbsə göndərən “Rosqvardiya”da yeni qalmaqal

Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi İdarəsinin rəisi, general-mayor Mixail Varentsova qarşı cinayət işi açılıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, istintaq onun həbsi üçün məhkəməyə vəsatət qaldırıb.

 Ötən ay Rusiya Milli Qvardiyasının Baş İnformasiya Texnologiyaları Mərkəzinin  rəisi Nikolay Çepkasov da saxlanılıb. O, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Yada salaq ki,  Rusiya Qvardiyasının (“Rosqvardiya”) Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev də korrupsiya ittihamı ilə həbs edilib. O,  bir neçə aydır, həbsdədir. Məhkəmə  ilə bağlı hələ  heç bir məlumat yoxdur.  

52 yaşlı Mirzə Mirzəyev “Rosqvardiya”nın cənub regional  komandanının müavini olub. O,   tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.

Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb. Mirzəyevin hüquq müdafiəçiləri onun ev dustaqlığında saxlanılması tələbi ilə çıxış ediblər, lakin məhkəmə onun törətdiyi cinayətin xarakterini nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib.

Mirzəyev Mais oğlu 26 may 1972-ci ildə bir məlumata görə Stavropolda, bir iddiaya görə isə  Gürcüstanda anadan olub. 2006-cı ildə Rusiya  Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.

Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb.  Süjetdə  onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər,  onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib.

Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.

Bu, Rusiya Qvardiyasında korrupsiya ilə bağlı ilk həbs deyil.  Sentyabrın sonunda hərbi məhkəmə Rusiya Qvardiyasının aviasiya texniki xidmətinin rəisi polkovnik Oleq Qamayunovu xüsusilə böyük miqyasda fırıldaqçılıq işi üzrə həbs edib. Zərər 80 milyon rubldan çox qiymətləndirilir.

Vaxtilə Putinin şəxsi cangüdənlərində olan Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov da araşdırmanı  təxribatı adlandırmışdı. Zolotov iddia edirdi ki, qoşunlar üçün yeməklərin çatdırılması və qidalanma xidmətlərinin göstərilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  

Viktor Zolotov bununla kifayətlənməyərək yeyinti faktlarını sübut etmək üçün videomüraciət yayaraq Navalnın  debata çağırdı. Sonra isə məlum oldu ki, korrupsiya ittihamlarını rədd edən Zolotov  videoçəkiliş apararkən qoluna bahalı  “Montblanc” saatı taxıbmış…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR