İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gəncin düşdüyü kanalizasiya quyusu deyil" - RƏSMİ AÇIQLAMA

Bəzi media orqanlarında Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı dəqiqləşdirilməmiş və yanlış məlumat yayılıb.

“Hadisə 3 sentyabr günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunur.

Musavat.com xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti bu məlumatın həqiqətə nə qədər uyğun olduğuna aydınlıq gətirib:

Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, “kanalizasiya quyusu” kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur.

00:42

***

Masallı rayonundan Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşərək xəsarət alıb.

Bakuplus.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib.

Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb:

"Bakıya gəzməyə gəlmişdim, dedim mərkəzə çıxım. Dostumla gedərkən, birdə sanki yer yarılıb, altına düşdüm. Mənim yerimdə qadın uşaq və ya qoca ola bilərdi. Qolum, ayağım, bel və qarın hissəm sıyrılıb".

Qeyd edək ki, zərərçəkənə ilkin tibbi yardım göstərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR