İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə zəncirvarı qəza: Xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanan VAZ-2107, “Opel”, “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR