İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə tarixi bina qəzalı vəziyyətə salındı – FOTOLAR, VİDEO

“Gəncədə tarixi binaya edilmiş müdaxilə onun tamamilə məhv olması ilə nəticələnə bilər! Lakin Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi susur”.

Bu sözləri Musavat.com-a vəkil Əziz Qənbərli deyib.

EZİZ.jpeg (66 KB)

Onun sözlərinə görə, tarixi binanın məhvinə icra orqanlarının susması, bu hala göz yumması bir yana, məhkəmə də hərəkətsizlik edir:

“Vətəndaş müdaxilələri fotofaktla sübut edir, müdaxilənin dayandırılması üçün müvəqqəti təmin tədbiri üçün ərizə ilə müraciət etsə də, Gəncə şəhər Məhkəməsinin hakimi Camal Quliyev ərizə daxil olduğu gündən 2 gün gecikmə ilə qərar qəbul etdi. Qanunun tələbi kobud şəkildə pozuldu. Belə işlərə dərhal baxılmalıdır. Bu, qanunun tələbidir və ərizə təmin edilmədi. Səbəb kimi də deyilir ki, guya inzibati mübahisədir. Bir vətəndaşın digər vətəndaşa vurduğu zərər ilə bağlı iddia nə vaxtdan inzibati iş olub? Hakim bilə-bilə, qəsdən belə bir qərar qəbul edibsə, cinayətdir, bilmədən edibsə, elementar halı bilməyən adam necə hakim olub?”

Vəkil baş verən özbaşınalıqla bağlı Məhkəmə-Hüquq Şurasına açıq məktub yazıb.

Həmin məktubu təqdim edirik:

- Müdafiə etdiyim Ü.Ə-yə məxsus olan zirzəmi, zirzəminin üstündə yerləşən əmlakın sahibi N.Q tərəfindən torpaqla doldurulub. Ü.Ə tərəfindən N.Q-ə qarşı məhkəmədə iddia qaldıraraq,

1. Zirzəminin üstünün N.Q-nın adına özgəninkiləşdirilməsi haqqında müqavilə etibarsız hesab edilsin və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi;

2. Zirzəmi N.Q-nın hesabına bərpa edilməsi;

3. N.Q tərəfindən Ü.Ə-yə vurulmuş 7 min 610 manat maddi və mənəvi zərərin tutularaq ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişik. Həm də müvəqqəti təmin tədbiri verərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək binada aparılan təmir tikinti işlərinin dayandırılması və əmlakın özgəninkiləşdirilməsinin qarşısının alınması üçün həbs qoyulmasını xahiş etmişik.

İddia Gəncə şəhər Məhkəməsinin hakimi Camal Quliyev tərəfindən icraata götürülməkdən imtina edildi ki, iş inzibati mübahisədir. Düzdür, apellyasiya şikayəti veriləcək və əminəm ki, Camal Quliyevin qərarı ləğv ediləcək. Lakin bizim hakimin qanunsuz qərarı nəticəsində lüzumsuz yerə vaxtımız itəcək. Bu da süründürməçilik və korrupsiyaya şərait yaradan haldır. Tələbimizin biri lap inzibati qaydada baxılsa belə, tələbin ikincisi mülki qaydada baxılmalı işdir.

Belə olan halda Məhkəmə yekun qətnamə qəbul edərkən uzağı 1 tələb üzrə icraata xitam verər, ikinci tələbə isə mahiyyəti üzrə baxa bilərdi. Lakin işi təməlli geri qaytarmaqda məqsəd mütləq Məhkəmə-Hüquq Şurası tərəfindən araşdırılmalıdır.

Hakim Ali Məhkəmənin 10.04.2015-ci il tarixli Plenum qərarını unudur.

Həmin Plenum qərarını da xartırladıram:

Əgər qeydiyyat (daşınmaz əmlakın dövlət qeydiyyatını nəzarəd tutur) mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

Vəkil deyib ki, Ali Məhkəmədə və Məhkəmə-Hüquq Şurasında aparılan son islahatlar, xüsusən mülki sahədə sevindiricidir:

“Lakin hələ də hakimlərin fəaliyyətinin qiymətləndirilməsində çoxsaylı ləngimələr var. Xahiş edirəm ki, müraciətimi ciddi nəzarətə götürəsiniz. Xüsusi ilə qeyd edirəm ki, mübahisə predmeti olan əmlak tarixi bina hesab edilir və bu da işin əhəmiyyətinin xüsusi nəzarətə götürülməsini tələb edir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR