İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc qadın sevgilisini dəhşətli şəkildə ÖLDÜRDÜ -Əvvəlcə bıçaqladı, daha sonra ...

Türkiyənin Ordu şəhərində gənc qadın mübahisə etdiyi sevgilisini bıçaqladıqdan sonra tapança ilə 5 dəfə atəş açıb.

Musavat.com xəbər verir ki, qadın hadisə yerinə gələn jandarma qruplarına təslim olub.

Hadisədə Merve K. ilə sevgilisi Cengiz Pehlivan arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb. Qısa müddətdə davaya çevrilən mübahisənin ardından Merve K. yanındakı bıçaq və odlu silahla Cengiz Pehlivana hücum edib.

Bədəninin müxtəlif yerlərindən 5 güllə və bıçaq xəsarəti alan Cengiz Pehlivan hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən Ünye xəstəxanasına aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, Cengiz Pehlivanı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Musavat.com

Ordu'da gözü dönen kadın, tartıştığı erkek arkadaşını bıçaklayıp tabanca ile vurarak öldürdü

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR