Onlayn ictimai-siyasi qəzet
Fil Dişi Sahilinin "Rasinq" klubunun futbolçusu Mustafa Silla vəfat edib.
Buna 21 yaşlı müdafiəçinin oyun zamanı infarkt keçirməsi səbəb olub.
Hadisə yüksək liqanın XX turunun SOL-la matçında baş verib. “Rasinq”in 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada vəziyyəti pisləşən Silla dərhal xəstəxanaya aparılıb. Lakin futbolçu yolda vəfat edib.
Qeyd edək ki, Mustafa Silla ötən ilin yayından Abican şəhərinin təmsilçisində çıxış edirdi./Report
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ