Onlayn ictimai-siyasi qəzet
Bosfor bğazının şimal hissəsində gəmi qəzası səbəbindən boğazdan keçən gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“64 metrlik “Brabus” (Kamerun bayraqlı) yük gəmisi Trabzondan Bandırma istiqamətində hərəkət edərkən Boğaziçi boğazının şimal girişi yaxınlığında sükan çarxında nasazlıq keçirib. Bosforla ilə hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb”, - deyə idarədən bildirilib.
Dərhal gəmiyə yedək gəmisi və xilasedici qayıq göndərilib. “Brabus” gəmisi gəmiçilik zolağından təhlükəsiz əraziyə çəkildikdən sonra boğaz yenidən dəniz nəqliyyatı üçün açılacaq.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ