İnsanlara hürriyət, millətlərə istiqlal!

Xabarovskda çay çəlləyə minib xilas olmaq istəyən kişini dənizə aparıb

Xilasedicilər altıncı gündür ki, yanacaq çəlləyində Oxot dənizinə doğru axan kişini axtarır.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, Xabarovsk diyarında çayı keçərkən dayanmış “KamAZ”dan çıxa bilməyib və son çarə kimi suda batmamaq üçün yanacaq çəlləyinin üstünə çıxıb.

Hadisə avqustun 21-də baş verib. “KamAZ”da olan üç nəfər Uda körfəzinə axan Tıl çayını keçmək istəyib. Onlar mənsəb yaxınlığındakı ərazinin dayaz olacağını gözləyirdilər, lakin qabarma-çəkilmənin nəzərə almayıblar - suyun səviyyəsi kəskin yüksəlib və avtomobil dayanıb.

Səfərin iki iştirakçısı sudan çıxa bilsə də, 38 yaşlı kişi suda qalıb. Hadisə şahidlərinin sözlərinə görə, o, son anda yanacaq-sürtkü materialı olan çəlləyi götürərək onun üzərinə çıxıb. Cərəyan yuvarlaq qabı dənizə doğru aparırdı.

Hazırda nə kişi, nə də çəllək tapılıb. Əraziyə helikopter göndərilib, lakin ərazinin çətin relyefi və uzaq olması səbəbindən axtarışlar çətindir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR