İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlincikdə “Putinin bunkeri”nin sxemləri ortaya çıxdı

Rusiya prezidenti Vladimir Putinin Gəlincik şəhərində iqamətgahının cizgiləri ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Business Insider” saytı məlumat yayıb.

Saytın yazdığına görə, sənədlər ən azı 2016-cı ildən internetdə sərbəst şəkildə mövcuddur. Onlar görülən işlərə nümunə kimi “Metrostil” dizayn şirkətinin saytında yerləşdirilib. Şəkillərdə iqamətgah “pansionat” olaraq qələmə verilib.

Rəsmlərdə yerüstü hissələrlə yanaşı, yeraltı mərtəbələrin olduğu görünür. Burada yerin altında möhkəmləndirilmiş otaqlar və tunellər var. Binadan lift təxminən 50 metr dərinliyə enir. Yeraltı hissədə ventilyasiya, işıq, su, kanalizasiya və rabitə kabelləri çəkilib.

Altı metr eni, 40 və 60 metr uzunluğunda olan iki ayrı tunel 40 santimetrlik beton təbəqə ilə əhatə olunub və mütəxəssislərin fikrincə, birbaşa bomba zərbəsinə tab gətirə bilir. Yuxarı tunel qum təpəsinin yamacına, aşağıdakı tunel isə birbaşa Qara dəniz sahilinə gedir. Tunel travolatorla təchiz olunub. Aşağı çıxışa asfalt yol yaxınlaşır.

Struktur mühəndisi Tadeuş Qabrişevski layihələri belə şərh edib: "Bu tunellərdə yanğınsöndürmə sistemi, su, kanalizasiya kimi təhlükəsizlik üçün hər şey var. Onlar sağ qalmaq və ya qaçmaq istəyənlər üçün nəzərdə tutulub. Bu, tam bir saray kompleksidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR