İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 və Aİ Rusiyadan qaz tədarükünün bərpasını qadağan edəcək

“Böyük Yeddilik” (G7) və Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzeti G7 liderlərinin bəyanat layihəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır. Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR