İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 hərəkətə keçdi - Bu ölkəyə Rusiya ilə bağlı ŞOK ÇAĞIRIŞ

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsində liderlər Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Musavat.com xəbər verir ki, G7 liderləri bununla bağlı birgə bəyanatla çıxış edib.

“Biz Çini Rusiyanın Ukraynaya təcavüzünü dərhal dayandırmağa və heç bir şərt qoymadan hərbi qüvvələrini geri çəkməyə təzyiq göstərməyə çağırırıq”, - deyə, birgə bəyanatda bildirilir.

Çin və Tayvan arasında zaman-zaman gərginlik yaşandığı da qeyd edilib. Bəyanatda Çin Tayvandakı suverenlik münaqişəsinə sülh yolu ilə həll tapmağa çağırılıb, Şərqi və Cənubi Çin dənizlərindəki vəziyyətlə bağlı “ciddi narahatlıqların” olduğu vurğulanıb.

Bəyanatda Çinin Cənubi Çin dənizindəki genişmiqyaslı iddialarının hüquqi əsası olmadığı bildirilib, Pekinin bölgədəki hərbi fəaliyyətlərinə qarşı çıxıldığı qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR