İnsanlara hürriyət, millətlərə istiqlal!

Furkanla Nianın evinə silahlı basqın edildi

Tiktoker cütlük Nia və Furkan Ağluçun evinə silahlı basqın edilib.

Bu barədə Furkan məlumat yayıb.

O bildirib ki, sözügedən şəxs oğurluq məqsədilə Iğdırdakı evlərinə girib.

“Təhlükəsizlik kameralarına düşüb. Dörd-beş dəfə evin ətrafında fırlanıb, mənim evdə olmadığımdan əmin olub. Mətbəx qapısından evə girib. Niaya “Toyda hədiyyə edilən qızılları gətir” deyib. Əlində silah var imiş, Nianın başına doğru tutub. Qızılları götürüb və gedib. Kameradakı görüntülər polisdədir, araşdırılır, tapılacaq. Bütün qızılları götürüb”, - deyə Furkan vurğulayıb.

14 yanvarda baş verən hadisədən sonra cinayətkar tapılıb, lakin cütlük qızıllarını geri ala bilməyib.      (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR