Onlayn ictimai-siyasi qəzet
Çeçenistan rəhbəri Ramzan Kadırov Kremllə razılaşdırmadan Yaxın Şərq monarxiyalarının nümayəndələri ilə aktivlərinin gələcəyi və ailəsinin təhlükəsizliyi ilə bağlı danışıqlara başlayıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, FTX bu əlaqələri öyrənib və Vladimir Putinə məlumat verib və bu, onların münasibətlərinin pisləşməsinə səbəb olub.
Bildirilir ki, belə addımların səbəbi Kadırovun səhhətinin pisləşməsi ola bilər. “Novaya qazeta Europe” xəbər verir ki, onun böyrək və mədəaltı vəzində ciddi problemlər var. Onun ictimaiyyət qarşısında çıxışı çətinləşib ki, bu da xəstəliyin irəliləməsinni göstəricisi hesab olunur.
Son aylarda Kadırov ictimaiyyət qarşısına daha az çıxır. Yanvar və fevral aylarında o, uzun müddət kamera qarşısına çıxmayıb və sonradan bunu məzuniyyət kimi izah edib.
“Elə bir xəstəlik yoxdur ki, mənə aid edilməsin”, – deyə o, qayıtdıqdan sonra ironik tərzdə bildirib.
Rusiya Federasiyasının içində özünə və klanına ayrıca bir səltənət qurmuş, Putindən başqa heç kəsi saya salmayan Kadırovun özündən sonra yaxınlarının taleyini düşünməsi barədə xəbərlər xeyli müddətdir ki, media məkanında dolaşır.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ