İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX bakılı qubernatorun adamını şantaj edənləri saxladı

Priqojinə bağlı media struktuturunun rəhbərlərinin həbsi sentyabrda keçiriləcək seçkilərlə də bağlı ola bilər     

Sankt-Peterburqda “Patriot” media holdinqinin top meneceri İlya Qorbunov və konkretno.ru saytının baş redaktoru Kirill Metelev saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “fontanka.ru” saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır.

Nəşrin həmsöhbətinin dediyinə görə, Qorbunov və Metelev hədə-qorxu ilə pul tələb etməkdə (Cinayət Məcəlləsinin 163-cü maddəsi) ittiham olunurlar. İstintaqın məlumatına görə, media menecerləri Sankt-Peterburq telekanalının keçmiş baş direktoru Aleksandr Malkeviçdən pul tələb ediblər. Sonuncu indi Sankt-Peterburq qubernatorunun xüsusi nümayəndəsi vəzifəsini tutur və bundan əvvəl, o, Priqojinin media-strukturları ilə əlaqəli idi.

Malkevich.jpg (661 KB)

Bildirilir ki, Malkeviç ondan pul tələb edənlərlə anlaşmağa  çalışıb, lakin bu baş tutmadıqda,  polisə onlarla bağlı şikayət ərizəsi yazıb. Qorbunov və Metelev Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb,  onlarla bağlı araşdırmaya Daxili İşlər Nazirliyi də qoşulub. 

İlya Qorbunov “Komsomolskaya Pravda” və “RİA Novosti” qəzetlərində işləyib. 2019-cu ildə “Patriot” media qrupuna rəhbərlik edib, 2020-ci ildə isə Priqojinin media imperiyasının “trol fabriki” və teleqram kanallarını idarə etməyə başlayıb.  

Kirill Metelev “Operational Cover” özəl mühafizə şirkətləri jurnalının həmtəsisçisi və “Version in Sankt-Peterburq” qəzetinin naşiri olub. İndi o, "Konkretno.ru" nəşrinin baş redaktoru kimi fəaliyyət göstərirmiş. İddialara görə, Metelev Yevgeni Priqojinin maraqlandığı layihələrdə iştirak edə bilərdi.

Həbs edilənlərin pul tələb etdiyi  Aleksandr Malkeviç isə Sankt-Peterburq  şəhər Televiziya və Radio Yayımları Agentliyinin baş direktoru olub. 2020-2023-cü illərdə də kanala rəhbərlik edib. Bundan əvvəl Malkeviç, Priqojinin “Patriot” media qrupunun bir hissəsi olan Federal Xəbər Agentliyinin törəmə layihəsi olan USA Really veb saytına rəhbərlik edirdi.

85d96379717ad0d1845042089932338a.jpg (292 KB)

İndi Malkeviç Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun xüsusi nümayəndəsidir. Ukraynada müharibə başlayandan sonra Malkeviç işğal olunmuş rayonlarda, xüsusən də Xerson vilayətində “Tavriya” və “Mariupol-24”  telekanallarının yaradılmasında iştirak edib.  

Hazırkı Qubernator Aleksandr Beqlovun iyunun 2-də hakim “Vahid Rusiya” Partiyasından yenidən namizədliyi irəli sürülüb. Sankt-Peterburq qubernatorluğuna seçkilər üç gün - sentyabrın 6-dan 8-dək davam edəcək. Həmçinin həmin günlərdə Sankt-Peterburqun qanunverici orqanına və bələdiyyəyə üzv seçməli olacaqlar. Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər. Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov ailədə səkkizinci uşaq olub.

Priqojinə bağlı media struktuturunun rəhbərlərinin  həbsi sentyabrda keçiriləcək seçkilərlə də bağlı ola bilər. Sirr deyil ki, Beqlovla “qiyamçı” Priqojinin  münasibətləri həmişə gərgin olub...     

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR