Onlayn ictimai-siyasi qəzet
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın seçki kampaniyası zamanı baş verən atışmanı həm qətlə cəhd, həm də “potensial” daxili terror hadisəsi kimi qiymətləndirir.
Musavat.com xəbər verir ki, bu barədə “The Hill” saytı məlumat yayıb.
Saytın məlumatına əsasən, istintaqın hazırkı mərhələsində FTB Trampa hücum edənin tək şəxs olduğuna inanır.
“Biz bunu qətlə cəhd kimi araşdırırıq. Buna görə də bizim Terrorla Mübarizə İdarəmiz və Cinayət Departamentimiz motivi müəyyən etmək üçün birlikdə işləyir”, - deyə FTB-nin Daxili Təhlükəsizlik Departamentinin icraçı köməkçisi Robert Uells bildirib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ