İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransızların 70%-dən çoxu Makrona inanmır - sorğu

Fransa vətəndaşlarının ən azı 81%-i radikal islamizmlə mübarizəni dövlət üçün prioritet hesab edir, respondentlərin 71%-i isə bu məsələdə prezident Emmanuel Makrona etibar etmir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu CSA sosioloji xidmətinin “Le Journal du Dimanche” (JDD) qəzeti, “CNews” telekanalı və “Europe 1” radiosu üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Fransızların təxminən 19%-i bu problemin milli prioritet olmasına inanmır. JDD-nin yazdığına görə, cəmiyyət qətiyyətli hərəkət tələb edir, lakin ona rəhbərlik edə biləcək lider görmür. Qəzet qeyd edir ki, inamsızlığın artdığı, hakimiyyətin xalqdan qopması hisslərinin dərinləşdiyi bir şəraitdə ölkəyə məsuliyyət daşımağı bacaran lider lazımdır.

Mayın 22-23-də keçirilən sorğuda 18 yaşdan yuxarı 1000-dən çox Fransa vətəndaşı iştirak edib.
Bundan əvvəl “Le Figaro” qəzeti Fransa xüsusi xidmət orqanlarının hesabatına istinadən “Müsəlman qardaşlar” şəbəkəsinin Avropada yayılması barədə məlumat yayıb. Fransa kəşfiyyatının məlumatına görə, bu hərəkatla əlaqəsi olan müsəlman təşkilatları Avropada möhkəmlənməyə və Avropa institutlarına təsir etməyə çalışırlar.

Mayın 21-də Makron Təhlükəsizlik Şurasının iclasından sonra hökumətdən ölkədə bu islamçı hərəkatın şəbəkələri ilə mübarizə üçün təkliflər verməyi tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR