Onlayn ictimai-siyasi qəzet
Fransız milyarder Ksavye Nyel Fransada keçirilən məhkəmə prosesi zamanı Telegram-ın qurucusu Pavel Durova kömək etdiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə sentyabrın 27-də RMC radiostansiyasının efirində bildirib.
“Mənə görə, o, hələ də mühakimə olunmadığı üçün xətti keçmiş deyil. Onun bu xətti keçməyə cəhd etdiyini də bilmirəm", - Nyel deyib.
Milyarderin sözlərinə görə, insan qanunla problemə düşəndə “hamı yox olur”, ona görə də o, hər zaman çətin vəziyyətə düşən dostlarına kömək etməyə hazırdır.
Bununla belə, sahibkar Durova hansı yardımı göstərdiyini dəqiqləşdirməyib.
Bundan əvvəl, avqustun 29-da Durov Fransa polisindən xahiş edib ki, saxlanması barədə “İliada”nın yaradıcısı K.Nyelə məlumat versin.
Durov avqustun 24-də axşam Paris Le Burje hava limanında saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaqlara qarşı cinayətlər, çirkli pulların yuyulması və dələduzluq kimi bir sıra cinayətlərədə ittiham olunub.
Avqustun 26-da Durov 5 milyon avro məbləğində girov müqabilində həbsdən azad edilib. İtintaq müddətində onun pasportlarına həbs qoyulub və iş adamı Parisdə konkret ünvanda yaşamağa qərar verib. Rusiyalı sahibkar Yelisey çölünün yanında yerləşən “Hotel de Crillon”da məskunlaşıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ