İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransaya uçmaqdan son anda imtina edən futbolçunun cansız bədəni tapıldı - acı hekayə

13 gündür Hatayda dağıntılar altında qalan “Hatayspor” futbol klubunun oyunçusu Kristian Atsunun cansız bədəni aşkarlanıb. Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, bu barədə klub acı kədər içində rəsmi açıqlama yayıb.

Məlumata görə, 6 fevralda Qahramanmaraşda baş verən zəlzələ zamanı “Hatay Antakya”da “Rönesans Rezidans”da olan “Hatayspor”lu futbolcu Christian Atsunun cansız bədəni bu sabah saatlarında dağıntılar altından çıxarılıb. Futbolçu ilə bağlı ilk acı xəbəri oyunçu arkadaşı Murat Uzunmehmet açıqlamışdı. “Hatayspor'dan verilən açıqlamada “Başımız sağ olsun. Göçük altında kalarak hayatını kaybeden futbolcumuz Christian Atsu'nun cenazesi memleketi Gana'ya gönderilmek üzere yola çıkmıştır. Seni unutmayacağız Atsu. Mekanın cennet olsun güzel insan. Üzüntümüzün tarifi yok. Huzur içinde uyu" ifadələri əksini tapıb.

“Hatayspor' Süper Liqa çərçivəsində 5 fevralda Kasımpaşa ilə oynadığı matçda 90+7'de Atsunun vurduğu qolla qalib gəlmişdi. O, transfer görüşməsi ilə əlaqədar Fransaya uçmaq üçün bilet alıbmış, lakin son anda təyyarəyə minməkdən vaz keçərək Hatayda qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR