İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransaya gedənlər, ehtiyatlı olun” – Kanada vətəndaşlarına xəbərdarlıq edib

Kanada vətəndaşlarına 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra etirazların davam etdiyi Fransaya səyahət edərkən "çox ehtiyatlı" olmaları barədə xəbərdarlıq edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Kanada hökumətinin yaydığı açıqlamada Fransanın şəhərlərində 17 yaşlı yeniyetmənin öldürülməsinə cavab olaraq başlayan etirazların hələ də davam etdiyi vurğulanır.

Açıqlamada Fransada 27 iyundan bu günə kimi polis zorakılığına qarşı nümayişlərin təşkil edildiyi Paris, Lion və Tuluza da daxil olmaqla ölkənin başqa şəhərlərində yeni etirazların planlaşdırıldığı bildirilib.

"Nümayişçilərlə polis arasında vandalizm, yandırma və şiddətli toqquşmalar var. Bəzi hallarda təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir", - Kanada hökumətinin xəbərdarlığında vurğulanır.

Gücləndirilmiş təhlükəsizlik tədbirlərinə işarə edilən bəyanatda nümayişlərin Parisdə nəqliyyat qovşaqları, ictimai yerlər və xüsusilə turizm yerləri kimi strateji ərazilərdə keçirildiyi qeyd edilib.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşı yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsinin görüntüləri ölkədə kütləvi narazılığa səbəb olub. Etirazlar və toqquşmalar zamanı minlərlə oinsan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR