Onlayn ictimai-siyasi qəzet
Fransalı komediya aktyoru Qiyom Meris İsrailin baş naziri Binyamin Netanyahuya qarşı tənqidi fikirlərinə görə “Radio France” milli yayımında işindən qovulub.
Fransız komediya ustası Meris radioda yayımlanan proqramda Qəzzaya hücumlarını davam etdirən İsrail baş naziri Netanyahunu tənqid edən yumoristik açıqlamalarına görə işindən qovulub.
“Qurum daxilində ifadə azadlığı və yumor heç bir şəkildə hədəf alınmayıb”, – deyən Veil bildirib ki, komediyaçıya dəfələrlə xəbərdarlıq edilib ki, tənqidi çıxışlarını dayandırsın: “Bizə işdən çıxarmaqdan başqa çarə qoymadı”.
Qeyd edək ki, Avropa Yəhudiləri Təşkilatı oktyabrın 29-da proqramda Netanyahuya qarşı tənqidi və yumoristik açıqlamalarından sonra Qiyem Merisi şiddəti təşviq etdiyi və antisemit nifrət yaydığı əsasıyla şikayət etmişdi.//Konkret.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ