İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın koloniya siyasətinin dayandırılmasına çağıran videoçarx hazırlanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) neokolonializmin dayandırılmasına çağıran videoçarx hazırlayıb.

“Report” xəbər verir ki, videoçarxda Fransanın koloniya siyasəti ilə bağlı Bakıda keçirilən tədbirdən görüntülər əksini tapıb.

Tədbir zamanı neokolonializmlə bağlı flaşmob keçirilib. İştirakçılar “Stop neokolonializm” şüarı səsləndiriblər.

Qeyd edək ki, oktyabrın 20-21-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm və ədalətsizlik: iki dünyəvi təhlükəli tendensiya” mövzusunda tədbir keçirilib.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR