ABŞ və İran arasında nüvə dosyesi üzrə danışıqların altıncı raundu bazar günü, iyunun 15-də Maskatda keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə danışıqlar prosesində vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.
"İran-ABŞ danışıqlarının altıncı raundunun bu bazar günü Maskatda baş tutacağını təsdiq etməkdən məmnunam", - nazir "X"də yazıb.
ŞƏRHLƏRŞƏRH YAZ