İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın bu ölkədəki hərbi bazaları Türkiyəyə VERİLİR

Fransanın Çaddakı iki keçmiş hərbi bazası Türkiyəyə təhvil veriləcək.

Musavat.сom xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Qeyd olunur ki, bu bazalar Liviya və Sudanla sərhədə yaxın ərazidə yerləşir.

Bundan əvvəl, Fransız hərbçiləri Çaddakı sonuncu hərbi bazalarını 2024-cü ilin dekabr ayında ölkənin paytaxtı Ncamenada keçirilən hərbi mərasimlə təhvil verib.

Xatırladaq ki, Mərkəzi Afrika ölkəsi noyabrın sonlarında qəfildən Parislə hərbi əməkdaşlığı dayandırıb və Fransa qoşunları dekabrın sonunda ölkəni tərk etməyə başlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR