İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan gözlənilməz həmlə - Makronun “U” dönüşü tarazlığı NECƏ DƏYİŞDİ?

Fevralın 24-də başlayan Ukrayna müharibəsinin birinci ilinə qədəm qoyacağı bir vaxtda, Avropada qırmızı xətt keçilib və hərbi tabu pozulub. Özü də ən gözlənilməz şəxs - Fransa prezidenti Emmanuel Makron tərəfindən...

Musavat.com xəbər verir ki, Yelisey və Mariinski sarayları arasında qısa telefon danışığı zamanı Makron, nəhayət, Ukrayna prezidenti Zelenskinin həftələrdir almağa çalışdığı hədiyyəni verib və Ukraynaya tank dəstəyi veriləcəyini bildirib.

Fransanın Ukraynaya göndərəcəyi AMX-10 RC tipli tanklar Zelenskinin istədiyi qədər böyük olmasa da, Kiyevə ağır silahlar göndərməkdə tərəddüd edən Qərb müttəfiqləri arasında gözlənilən təsirə malik olub. Belə ki, Fransanın bəyanatından sonra ABŞ və Almaniya Ukraynaya zirehli texnika göndərməyi planlaşdırdıqlarını açıqlayıb.

Müharibənin ilk günlərində özünü Kiyev və Moskva arasında vasitəçi kimi göstərmək istəyən, lakin atdığı addımlara görə Qərb müttəfiqləri və Ukrayna tərəfindən tənqid edilən Makron öz ölkəsində də “diplomatik uğursuzluq”da ittiham olunurdu.

63b934934e3fe0253443d9b9.jpg (67 KB)

İngiltərə ən yaxın tərəfdaşı Fransa liderinin təşəbbüsü ələ almasına və Ukraynaya tank dəstəyi verməsinə diqqət çəkib.

“The Telegraph” qəzetində dərc olunan təhlildə Makronun “U” dönüşü ilə özünü önə çəkməyi bacardığı qeyd olunub.

“Ukraynaya tank vermək qərarı göstərdi ki, Makron artıq Putinlə danışıqların mümkün olduğuna inanmır” - qəzet yazır.

Makronun qərarı uzun müddətdir Qərb tərəfdaşlarından tank istəyən Ukraynada böyük sevinclə qarşılansa da, hərbi analitiklər bu addımın gərginliyi artıra biləcəyini düşünürlər.

63b92dd54e3fe0253443d985.jpg (99 KB)

Rusiya mətbuatında yer alan xəbərlərdə Fransanın bu addımla NATO-nun Rusiyaya qarşı müharibədə iştirakının artıq təsdiqləndiyi iddia edilir.

Makronun avropalı həmkarları isə fərqli bir təzyiq altındadırlar.

Almaniyanın Azad Demokrat Partiyasının üzvü Marie-Agnes Strack-Zimmermann bir müddət əvvəl Fransanın Ukraynaya tank göndərmək üçün ilk addımı atmasını tənqid etmişdi: "Fransa bir daha Almaniyadan gözlənilən rolu öz üzərinə götürür".

İngiltərə mətbuatı isə müharibə başlayanda Kiyevə ən sürətli dəstək verən ölkənin İngiltərə olduğunu, indi isə hərbi sahədə geridə qaldığını yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR