İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada terrorçulara GÜLÜNC CƏZA

Hər fürsətdə terror təşkilatı PKK/YPG-yə qucaq açan Fransa, hətta öz sərhədləri daxilində də terrora göz yumur.

Musavat.com xəbər verir ki, Fransada terror təşkilatı PKK üçün pul toplayanların məhkəmə işi yekunlaşıb.

11 PKK üzvü təşkilatı maliyyələşdirmək və zorla üzv toplamaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Onların günahı sübuta yetirilib və həmin şəxslər terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinib. Paris Cinayət Məhkəməsində aparılan prosesdə terrorçular 5 ilə qədər həbs cəzasına məhkum ediliblər.

Qərara əsasən, silahlılar müxtəlif təhdidlərlə terror təşkilatı üçün xərac toplayıblar. Təşkilatın üzvlərinin Fransanın cənub-şərq bölgəsində hər il təxminən iki milyon avro xərac topladığı düşünülür. PKK terrorçularının daha əvvəl də bir çox Avropa ölkəsində “inqilab vergisi” adı altında xərac topladığı müəyyən edilib.

Fransadakı məhkəmə prosesi 2020-ci ildə 18 və 19 yaşlı iki yeniyetmə qızın itməsi ilə başlayıb. Qızlar PKK-nın Avropadakı düşərgəsində tapılıb.

Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, bəzi Avropa dövlətləri terror təşkilatı PKK-ya öz sərhədləri daxilində düşərgələr qurmağa, gəncləri qaçırmağa, pul yığmağa, narkotik qaçaqmalçılığı ilə məşğul olmağa icazə verir.

Türkiyə mətbuatı Fransa məhkəməsinin terror təşkilatının üzvlərinə cəmi 5 il iş verməsini "gülünc cəza" kimi şərh edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR