Onlayn ictimai-siyasi qəzet
Fransanın şərqindəki Kolmardakı metallurgiya zavodunda radiasiya sızması baş verib.
Musavat.com xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.
Ötən axşam ADF şirkəti məlumat verib ki, qamma şüası yayan qaynaq yoxlama aparatını dayandıra bilməyib. Zavodun ətrafındakı 130 metrlik ərazi hələ də mühasirədə saxlanır. Radiostansiyanın Haut-Rhin departamentinin prefekturasına istinadən verdiyi məlumata görə, hər hansı yoluxma riski istisna olunur. Bütün işçilər binadan təxliyə edilib.
Mütəxəssislər, Milli Atom Təhlükəsizliyi Agentliyinin (ASN) protokoluna uyğun olaraq aparatı bağlamaq və işçilər üçün riskləri qiymətləndirmək üçün sabah zavoda gedəcəklər.
Yetkililər hər hansı təhlükə olmadığını desələr də, zavoda bitişik küçənin 15-ə yaxın sakini təxliyə edilib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ