Onlayn ictimai-siyasi qəzet
Fransanın şərqindəki Müluz kommunasında məhkəmə binası qarşısında bir neçə nəfərin açdığı atəş nəticəsində ən azı bir nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə Robert Şuman prospektində baş verib.
Məlumata görə, iki nəfər motosikletlə küçə ilə hərəkət edərkən məhkəmənin yaxınlığında dayanmış avtomobildən onlara yaxın məsafədən atəş açılıb. Motosikletçilərdən biri yerindəcə keçinib, ikincisi isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hücum edənlər qaçıblar.
Hazırda hadisə yerində məhkəmə polisinin müstəntiqləri işləyirlər. Əsas versiya kriminal elementlər arasında hesablaşma sayılır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ