İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada islamofobiya - İslam Şurası ÇAĞIRIŞ ETDİ

Fransanın Lion şəhərində məscid irqçi hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. 

Qeyd olunub ki, Lionun Krua-Rus səmtindəki ən qədim Koba məscidi irqçi hücuma məruz qalıb.

Belə ki, məscidin divarlarına İslam əleyhinə təhqiramiz ifadələr yazılıb.

Fransa İslam Şurası (CFCM) "X" hesabındakı paylaşımında məscidə edilən irqçi hücumu kəskin şəkildə pisləyib.

Məscid camaatı və idarəçiləri ilə həmrəylik mesajı verən CFCM Fransadakı bütün məscidləri oxşar nifrət hücumlarına qarşı ehtiyatlı olmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR