İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada inflyasiya sürətlənib

Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri iyul ayında illik müqayisədə 2,7 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə Insee Milli Statistika İdarəsinin yekun məlumatların əks olunduğu hesabatında deyilir.

İyun ayında bu göstərici 2,5 faiz olmuşdu, bu isə iyulda Fransada inflyasiya sürətləndiyini göstərir.

Trading Economics-in məlumatına görə, ilkin olaraq inflyasiyanın 2,6 faiz olduğu elan edilmişdi və analitiklər göstəriciyə yenidən baxılacağını gözləmirdilər.

Fransız standartları ilə hesablanan istehlak qiymətləri keçən ay illik müqayisədə 2,3 faiz, aylıq isə 0,2 faiz artıb. İyun ayında birinci göstərici 2,2 faiz, ikinci göstərici 0,1 faiz olmuşdu.
İyulda Fransada enerji qiymətlərində illik ifadədə artım bir ay əvvəlki 4,8 faizdən 8,5 faizə qədər sürətlənib, ərzaq qiymətləri üzrə isə 0,8 faizdən 0,5 faizə qədər azalıb.
Xidmətlər 2,5 faiz(bir ay əvvəl 2,9 faiz) bahalaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR