Onlayn ictimai-siyasi qəzet
Fransanın cənub-şərqində daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib.
"Report" xəbər verir ki, bu barədə BFMTV kanalı regional prefekturaya istinadən məlumat yayıb.
Xüsusilə, Lion yaxınlığındakı Givors kommunası təhlükə altındadır, burada şəhər bəndi çökə bilər.
Qeyd olunur ki, daşqınların nəticələrinin aradan qaldırılması üçün regional hakimiyyət orqanları xilasedicilər kontingenti və çoxlu sayda texnika cəlb edib.
Oktyabrın 18-də bölgədəki əksər məktəblər bağlanacaq və ictimai nəqliyyatda ciddi pozuntular istisna oluna bilməz.
"Ölkənin bu ərazilərində belə fəlakət miqyası heç vaxt qeydə alınmayıb. Söhbət 48 saat ərzində 600 mm-dən çox yağışdan gedir", - ekologiya üzrə keçid naziri Agnes Pannier-Runaçer bildirib.
Xatırladaq ki, bundan əvvəl hava xəbərdarlığı təhlükəsinin qırmızı səviyyəsi Luara vadisi və Fransanın cənub-şərqindəki altı departamentdə elan edilmişdi.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ