İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada çip zavodunun rəhbərliyi Rusiyaya gizli texnologiya satdığına görə həbs edilib

Fransanın təhlükəsizlik qüvvələri “Ommic” şirkətinin yerli və çinli rəhbərlərini hərbi sənayedə istifadə olunan gizli texnologiyaların Çin və Rusiyaya ötürdüyünə görə saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti Fransa hakimiyyətinin apardığı araşdırmanın nəticələrinə və məhkəmələrin qərarına istinadən məlumat yayıb.

Çinli iş adamının nəzarətində olan “Ommic”in səhmlərinə də həbs qoyulub. “Ommic” Avropanın bir neçə yarımkeçirici şirkətlərindən biridir. O, 5G avadanlığında, peyklərdə, o cümlədən tank və qırıcılarda radarlarda və raket yönləndirmə sistemlərində istifadə olunan super güclü, yüksək performanslı çipləri necə hazırlamağı öyrənib. Bu cür texnologiyalar diqqətlə qorunur və onların ixracına nəzarət edilir.

Müstəntiqlərin hesablamalarına görə, Rusiya ümumilikdə 11,8 milyon avro dəyərində ikili təyinatlı yarımkeçiricilər alıb. Mürəkkəb bir sxem onların Çin vasitəsilə çatdırılmasını nəzərdə tuturdu. Müstəntiqlər deyirlər ki, çiplər və texnoloji məlumatlar Rusiyanın dövlət silah şirkətinə çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR