İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada 270 nəfər saxlanılıb

Fransa hüquq-mühafizə orqanları ötən gün iğtişaşlar zamanı 270 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin tviterdə yazıb.

Nazir qeyd edib ki, 80-dən çox nümayişçi Marseldə saxlanılıb.

Bundan əvvəl Cerald Darmanin iyunun 30-a qədər saxlanılan etirazçıların sayının mini keçdiyi barədə məlumat vermişdi.

Xatırladaq ki, Fransada 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra nümayişlər başlayıb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.

Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR