İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa xüsusi təyinatlıları tətilə başladı

Fransanın elitar polis bölməsi — Axtarış və Müdaxilə üzrə Xüsusi Dəstələri (BRI) tətil elan edib.

Musavat.com bu barədə "TF1" telekanalı məlumat yayıb.

Ölkə üzrə təxminən 400 xüsusi təyinatlı əməkdaş tətilə qoşularaq artıq iş saatlarından imtina edib. Onlar növbələrin və gecə avtomobil patrullarının sayını azaldıblar.

"Alliance Police Nationale" polis ittifaqı yaydığı bəyanatda əməkdaşların işinin çətinliyi və təhlükəliliyi ilə bağlı tanınma tələb edib, həmçinin artıq iş saatlarına görə əlavə ödənişlərin artırılmasını istəyib.

Regionlarda çalışan BRI əməkdaşlarına 400 avro məbləğində mükafat təklif olunub, lakin onlar bu məbləğin RAID xüsusi dəstəsi və Parisdəki BRI bölməsi üçün nəzərdə tutulan 650 avroya qədər artırılmasını tələb edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR