İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” – Uğurdan narazı qalan iki nəticəsiz 

Fransa prezidenti Emmanuel Makron Bakıda keçirilən COP29-da fransız danışıqçılar qrupunun işindən son dərəcə narazı qalıb.

Makron Fransa nümayəndə heyətinə Bakıda keçirilən COP29-da konsensus və nəticələrin əldə olunmasının qarşısını almaq barədə tapşırıq verib.

Lakin onun istəyi baş tutmayıb. Belə ki, COP29 danışıqlarında “Bakı dönüşü” adlandırılan razılaşma əldə olunub, Böyük Britaniya, ABŞ və Çin onun nəticələrindən razı qalıb. Fransa və Hindistanı isə nəticə qane etməyib.

Tofiq Abbasov: İrəvan məkirli və iyrənc oyun oynayır – MÜSAHİBƏ - Oxu.az

 Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən poitoloq Tofiq Abbasov bildirir ki, Fransanın bu hərəkəti bir daha dünya birliyinin, bəşəriyyətin vacib saydığı məsələlərlə bağlı əks -istiqamətdə hərəkət etməsini göstərir. Onun sözlərinə görə, Fransa çoxluğun, əksər dövlətlərin mövqeyini danır, təkzib edir və nəhayət çalışır ki, tələb olunan məsələlərin qarşısını alsın. 

“Söhbət burada Azərbaycandan getmir. Azərbaycan COP29-a ev sahibliyi edirdi,  gündəmdə iqlim məsələləri var idi. Bu təxirəsalınmaz tərzdə nə qiymətləndirilə bilər, nə də bütün planlar, icraata qəbul olunan məsələlər sonraya saxlanıla bilər. İqlimlə bağlı məsələləri təxirə salmaq olmaz, onların həlli mütləqdir. Ona görə də Fransa dövlətinin rəhbəri və onun təmsil etdiyi nümayəndələrin fəaliyyəti bir növ bu özfəaliyyət prosesini xatırladır. Belə işlərə ciddi yanaşmaq lazımdır. Orada bütün ölkələrdən ekspert qrupları var idi.  Öz rəylərini verdilər. Siyasi liderlər, dövlət rəhbərləri, nazirlər sağlam yanaşmaya söykənərək və arxalanaraq özlərinin artıq qətiyyətini bildirib, rəy verdilər. Rəsmi Bakı təşkilatçı kimi əlindən gələni etdi ki, məhsuldarlıq olsun. Digər tərəfdən isə zəif, inkişafda olan ölkələr artıq rahat nəfəs ala bilsinlər ki, bəli, artıq onların bu çağırışına səs verilir və maliyyə portfelindən vəsait ayrılır. Bu baxımdan Fransanın, Ermənistanın və Hindistanın nəticələri qəbul edib və ya etməməsinin əhəmiyyəti yoxdur. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan paytaxtında son dərəcə işgüzar, sağlam mühitdə rəsmilər və qeyri- rəsmilər fəaliyyət göstərərək çox vacib nəticələr əldə edə bildilər. Azərbaycanda keçirilən COP 29 bir çox bağlı qapıları açdı. 

Bu nəticə kimisə qane etmirsə, bu, onların zəifliyinin göstəricisidir.  Azərbaycan və onunla bir sırada olanlar vacib qələbələr qazandılar. Bunların da gələcəkdə əhəmiyyəti olacaq”.

Xatırladaq ki,  COP29-da qəbul edilən qərarlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni mərhələsini açır. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri üçün hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırmağı öhdəliklərinə götürdülər. Bu vəsait təbii fəlakətlərin zərərini azaltmaq, bərpa olunan enerji keçidini dəstəkləmək və yoxsulluğun azaldılması üçün istifadə olunacaq.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR