İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan "X" hesabında bildirib.

Onun sözlərinə görə görüş zamanı razılaşmaların icrası ilə bağlı görülən işlərin gedişi müzakirə olunub:

“Əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin əldə edilməsi, hərbi təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələr qeyd edilib.

Əməkdaşlığımızın hazırkı vəziyyəti yüksək qiymətləndirilib.

Müdafiə sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstəyə görə mən Fransa tərəfinə minnətdarlığımı bildirdim”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR