İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Rusiyaya belə xidmət edir - ŞOK DETALLAR

"Fransızlar hər zaman Rusiyanın Avropadakı tərəfdaşları olublar. Tarixin heç bir dövründə bu dəyişməyib. İstər Fransa krallarının Rusiya imperiyası ilə müharibə dövründə, istər Napoleonun Fransaya hücumu, istər Avropa İttifaqı qurularkən anqlo-sakson hakimiyyətinə qarşı roman+german qrupunun yaradılmasında Rusiyanın mövqeyini xatırlayaq. Sonuncu arqument kimi İranda Xomeyninin hakimiyyətə gətirilməsi  üzərindən birgə Fransa-SSRİ əməkdaşlığını xatırlatmaq olar".

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O qeyd edib ki, II Dünya müharibəsindən sonra Şarl de Qoll ilə SSRİ rəhbərliyinin münasibətlərini da xatırlamaq olar:

1608906936_st.jpg (27 KB)

"Bütün hallarda Rusiya-Fransa münasibətlərində başqa eyhamlar axtara bilərik. Bu münasibətlərin içərisində anqlo-sakson dünyası yoxdur. Birinci fərqləndirici xüsusiyyət budur. İkinci önəmli məqam budur ki,  Avropada hökmranlıq üzərində Fransa hədəfə alınırsa, ona tərəf kimi hörmət edilir. Üçüncüsü, bu Fransaya investisiya qoyulması deməkdir. Dördüncü ictimai məna budur ki, əgər Fransa savaşın üzərindən informasiya müharibəsi aparmaq və Rusiyaya qoşun göndərmək istəyirsə, bunun özü də Rusiya əleyhinə mövqe qoymaqdan daha çox, informativ mənada xidmət etmək missiyası daşıyır. Bununla da Rusiyanın zərbələrini leqallaşdırır".

Ə.Əlibəyli vurğulayıb ki, Rusiya-Fransa münasibətlərini anlamaq mümkündür:

"Rusiyada dini və etnik zəmində nifaq yaratmaq məsələsinə gəlincə, Rusiyanın güclü olması bu tezisləri ikinci mərhələyə salır. Amma Rusiyanın terrordan güclü çıxması ehtimalı daha çoxdur nəinki zəifləməsi. Digər tərəfdən Qərb dünyasının İŞİD üzərindən  İslam fundamentalizmini dirçəltməsi və Rusiyanın yaxın olduğu Orta Asiya müsəlmanları üzərindən terror törətməsi başadüşülən yanaşmadır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR