İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa həddini aşdı: Türkiyəyə qarşı ŞOK TƏXRİBAT - FOTOLAR

Dekabrın 23-də Fransanın paytaxtı Parisdə Əhməd Kaya Mədəniyyət Mərkəzinə silahlı hücumdan sonra PKK tərəfdarları ilə əl-ələ verib Türkiyəni hədəfə alan, ittihamlar yağdıran Fransa mediası daha böyük qalmaqala imza atıb.

Musavat.com xəbər verir ki, qanlı hücumun arxasında Ankaranın dayandığını iddia edən Fransanın "France 24" telekanalı hücumla bağlı xəbərdə Türkiyənin bir hissəsini "qondarma Kürdüstan" kimi göstərib.

63b7ff577af50733a089ee89.jpg (47 KB)

“Vətənsiz bir millət olan kürdlər: Bir əsrlik hüquq və muxtariyyət mübarizəsi” sözləri ilə başlayan verilişdə PKK-nın Avropa İttifaqının (Aİ) terror təşkilatı siyahısına salınmasından ümumiyyətlə bəhs edilməyib. Əksinə, elə qələmə verilib ki, guya PKK sadəcə Türkiyə tərəfindən terror təşkilatı kimi qəbul edilir.

Ötən ay baş verən hücumdan sonra Paris küçələrini döyüş meydanına çevirən PKK tərəfdarlarının “haqq axtarışında” olduqlarını iddia edən kanal açıq şəkildə terror təşkilatına dəstək verib.

Parisdəki etiraz nümayişlərində PKK bayraqları açıldıqdan sonra Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com

63b7fe497af50733a089ee80.jpg (53 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR