İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa etirazlara məhəl qoymadı: Ölkəni qarışdıran qanun təsdiqləndi

Fransada Konstitusiya Məhkəməsi pensiya islahatları haqqında qanunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, bununla da ölkədə pensiya yaşı 62-dən 64-ə qaldırılıb. 

Qeyd edək ki, pensiya islahatları haqqında qanun Fransada böyük etirazlara səbəb olmuşdu. Fransa daxili işlər Nazirliyi 380 min nəfərin aksiyalarda iştirak etdiyini təsdiqləsə də, əmək konfedrasiyası 1 milyondan artıq adamın aksiyalarda iştirak etdiyini bildirmişdi. 

Qeyd edək ki, ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. Həmçinin 2027-ci ildən tam pensiya almaq üçün 43 il staj lazım olacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR