İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Afrikada yoxa çıxır - Senatorlar Makrona məktub yazdı

Fransa Afrikadan qovulur.

Musavat.com xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzetinin redkasiyası tərəfindən bu başlıqda yazı dərc olunub.

Qəzetin analitikləri rəsmi Parisin Afrikadakı bütün platformalardan kənarda qaldığını bildirirlər.

Məlum olduğu kimi, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası dövlətlərindən ibarətdir.

Fransa BRİCS sammitlərinin böyük əksəriyyətində qonaq qismində “Afrikanın böyük qardaşı” kimi çıxış edib.

Fransa prezidenti Emmanuel Makronun növbəti BRICS toplantısına qatılmaq istəyi isə Rusiya tərəfindən bloklanıb.

Makron Yohannesburqda keçiriləcək BRİCS sammitində iştirak etmək istəyib. Lakin CAR prezidenti ona dəvət göndərmədiyini bildirib.

Beləliklə Makronun Afrikada keçirilən BRİKS sammitində iştirakına qadağa qoyulub.

Bununla bağlı 94 fransız senatoru Fransa prezidenti Emmanuel Makrona Afrika siyasətindəki uğursuzluğu barədə məktub imzalayıb və burada “Afrika bizdən uzaqlaşır. Nəsə et” tələbi qoyulub.

“Frankfrica vizyonu çökdükcə, Rusafrikanın üfüqü genişlənir”,-deyə ekspertlər qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR