Onlayn ictimai-siyasi qəzet
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Musavat.com-a verilən məlumata görə, bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunub.
Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edib.
Şirkətdən o da bildirilib ki, yolun bağlı qalma müddəti gecə saat 4:00-a qədər davam edəcək. Qeyd edilən saatdan sonra hərəkət bərpa olunacaq.
20 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ