İnsanlara hürriyət, millətlərə istiqlal!

Floridada qasırğa üzündən köməksiz qalan 500-dən çox insan xilas edilib

ABŞ-ın Florida ştatında böyük dağıntılara səbəb olan “İan” qasırğası səbəbindən köməksiz vəziyyətdə qalan 500-dən çox insan xilas edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dalğalar yüzlərlə qayığı magistral yollara atıb, bataqlıqlardakı timsahların da magistrallara çıxdığı müşahidə olunub. Floridada 2 milyona yaxın insan hələ də elektrik enerjisizdir.

Şiddətini artıraraq qasırğaya çevrilən “İan” fırtınasının bu gün Cənubi Karolina əyalətinə çatacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR